21 mart 2026. Şənbə

Ronaldo Əl-Nəsr'də qol hesabını açdı


Ronaldo Əl-Nəsr'də qol hesabını açdı
Futbol üzrə Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanın “Əl-Nəsr” klubunda qol hesabını açıb.
 
Corner.Az xəbər verir ki, 37 yaşlı futbolçu buna Səuddiyə Ərəbistanı çempionatının 16-cı turu çərçivəsində baş tutan “Əl-Fateh”lə səfər matçında nail olub.
 
O, matçın əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə penaltidən fərqlənib. Görüşdəki sonuncu qolun müəllifi olan ulduz futbolçu komandasını məğlubiyyətdən xilas edib - 2:2. “Əl-Nəsr"in digər qolunu 42-ci dəqiqədə Anderson Talişka vurub.
 
Bu heç-heçədən sonra xallarını 34-ə çatdıran “Əl-Nəsr” liderliyə yüksəlib.






Xəbər news