04 fevral 2023-cü il tarixdə Qərbi Azərbaycan İcmasında Qərbi Zəngəzurun Qafan rayon nümayəndələri ilə görüş keçirilib.
Corner.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli məlumat verib.
Tədbirdə Qafan rayonunun müxtəlif kəndlərindən olan nümayəndələr iştirak ediblər. Görüş professor Eldar Abasovun rəhbərliyi ilə keçirilib.
Millət vəkili, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli tədbirdə iştirak və çıxış edib, Qərbi Azərbaycan İcmasının hədəfləri, strukturu, fəaliyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verib və bu İcmada Qafan rayon icmasının yeri barədə düşüncələrini bölüşüb.
Görüşdə Qafan İcmasının yeni tərkibdə formalaşması məsələsinə baxılmış, müzakirələrdə qafanlı alimlər Eldar Qarayev, Rauf Tağıyev, Eldar Abbasov, Zülfiqar Kazımov və bir neçə kənd nümayəndələri - Kuruddan Tamxil Ziyəddinoğlu, Quşçu (Davudbəy) kəndindən Seyfulla müəllim, Qacarandan Səməni xanım, Şəhərcikdən şair Əliş müəllim çıxış edərək gələcək işlər barəsində öz tövsiyyələrini veriblər. Professor Eldar Abasov Qafan Eli İcmasının sədri seçilib.
Görüşdə Qafanın bütün yaşayış məntəqələri nümayəndələrinin yeni tərkibdə koordinasiya şurası yaradılıb.