- Xəbər news
- 22:34 14.11.2024
“Əslində, “Huner Group”un “Turan Tovuz” klubu ilə tərəfdaşlıq istəyi yeni deyil”. Corner.az xəbər verir ki, bunu “Huner Group”un PR və Marketinq direktoru Nəsimi Paşayev deyib.
“Turan Tovuz” klubunun yaxın günlərdə yeni sponsorla əməkdaşlıq edəcəyi barədə xəbərlər yayılır. Qərb təmsilçisinə sponsorluq etmək istəyən isə Ehtiram Quliyevin təsisçisi və direktoru olduğu “Huner Group” şirkətidi.
Paşayevin sözlərinə görə, “Turan Tovuz” Misli Premyer Liqasında oynamaq hüququ qazandıqdan sonra “Huner Group” klubla əməkdaşlıq etmək fifrində olub: “Xüsusilə də bölgə futbolunun inkişafına öz töhfəmizi vermək üçün “Turan Tovuz” klubu seçimlərimiz arasında olub. “Huner Group” nəinki ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verir, həm də idmanın inkişafında maraqlıdır. “Huner Group” rəhbərliyi hər daim vətəninin, xalqının inkişafında maraqlıdır. Necə ki, Vətən müharibəsi başlayan gün silahlı qüvvələr fonduna öz yardımını edib, yaralıların müalicəsi üçün böyük miqdarda tibbi ləvazimatlar yardımı edib, həmçinin 4 təcili tibbi yardım avtomobili ilə cəbhədə öz yardımlarını əsirgəməyib. Şirkətin rəhbəri şəxsən TTY avtomobilinin sükanı arxasına əyləşərək, ən qaynar nöqtələrdə - Qubadlıda, Şuşada yaralıların daşınmasında iştirak edib. Təsadüfi deyil ki, şirkətin təsisçisi və direktoru Ehtiram Quliyev ötən il cənab Prezident tərəfindən ölkə iqtisadiyyatının inkişafındakı səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib. Bu baxımdan “Turan Tovuz”la tərəfdaşlıq etmək də bizim üçün şərəf olardı. Əgər belə bir əməkdaşlıq olarsa, mütləq ictimaiyyətə açıqlama veriləcək”. (matc.az)