- Xəbər news
- 22:34 14.11.2024
“Qərbi Azərbaycan İcmasının İdarə heyətinin sədri olaraq icmamızın bütün üzvləri adından qardaş Türkiyədə baş verən 7.4 bal gücündə zəlzələ nəticəsində dünyasını dəyişənlərə Allahdan rəhmət, ailələrinə başsağlığı diləyirəm".
Corner.Az-ın xəbərinə görə, bunu Qərbi Azərbaycan İcmasının idarə heyətinin sədri Əziz Ələkbərli deyib.
İcma sədri yaralıların tezliklə şəfa tapmasını arzuladığını deyib.
O, İcma üzvləri və rəhbərliyinin bu xəbərdən dərindən sarsıldığını bildirib.