“Joze Mourinyo heç vaxt böyük məşqçi olmayıb”. Corner.az xəbər verir ki, bunu İtaliya yığmasının sabiq futbolçusu Antonio Kassano deyib.
“Football İtalia” nəşrinə müsahibəsində “Roma”nın çalışdırıcısı Joze Mourinyo haqda danışan 40 yaşlı veteran futbolçu portuqaliyalı mütəxəssisin media ilə dil tapmağın yollarını bildiyini və əla ünsiyyətcil olduğunu vurğulayıb.
“Mourinyo güclü futbolçularla yaxşı davranır, amma çox güclü olmayanlarla bacarmır. Böyük oyunçularla dost olmaq çox asandır. “Roma”dakı işi fəlakətdir. Ötən gün “Roma”nın oyununa tüpürmək istədim. O, komandanı necə oynadacağını bilmir. Hətta ikinci komandanızla belə, “Kremoneze”yə qalib gəlmək lazımdır. İl yarımdır ki, “Roma” layiqli futbol oynamayıb” – deyə, Kassano bildirib.
Qeyd edək ki, hazırda A Seriyasın lider “Napoli”dən 16 xal geri qalan “Roma” turnir cədvəlində üçüncü yerdə qərarlaşıb.