- Xəbər news
- 14:51 08.07.2026
Türkiyədəki zəlzələ nəticəsində bir neçə idmançı dağıntılar altında qalıb.
Corner.Az "Sporx"ə istinadən xəbər verir ki, "Malatya Büyükşehir Belediyespor"un 6 voleybolçusunun qaldığı otel uçub.
Hələlik onlardan üçü xilas edilib.
Bundan əlavə, futbol üzrə Türkiyə 1-ci Liqasında çıxış edən "Yeni Malatyaspor"un qapıçısı Ahmet Eyüp Türkaslanın da dağıntılar altında qaldığı bildirilib.