- Xəbər news
- 22:34 14.11.2024
Gənclər və İdman Nazirliyi növbəti layihəyə start verir. “Üzməyi öyrənək” layihəsinə əsasən, orta məktəblərdə təhsil alan uşaqlar üçün üzgüçülük məşğələləri təşkil ediləcək.
Nazirlikdən Corner.Az-a bildiriblər ki, Gəncə, Şirvan, Lənkəran və Qusar Olimpiya İdman komplekslərində, eləcə də Mingəçevirdə “Kür” Olimpiya Tədris İdman Mərkəzində keçiriləcək üzgüçülük məşğələlərinə pilot layihə olaraq seçilmiş 5 şəhərin hərəsindən bir məktəbin 1-5-ci sinif şagirdləri cəlb ediləcək.
Layihənin əsas məqsədi uşaqlara üzməyi öyrətməklə onların sağlamlığının təmin edilməsi, bu idman növünün təbliği və inkişafına nail olmaqdır. Fevralın 6-dan etibarən bir ay davam edəcək üzmə məşğələləri bölgü üzrə hər gün müxtəlif saatlarda peşəkar məşqçilər tərəfindən aparılacaq.