- Xəbər news
- 22:34 14.11.2024
Türkiyənin “Hatayspor” klubunun daha iki üzvü dağıntılar altında qalıb.
Corner.Az xəbər verir ki, bu barədə tanınmış jurnalist Yağız Sabuncuoğlu məlumat yayıb.
O, Super Liqa təmsilçisinin idman direktoru Taner Savut və qanalı futbolçusu Kristian Atsu zəlzələ nəticəsində dağıntılar altında qaldığını bildirib. Xilasedicilər həm klub rəsmisinin, həm də Qana millisinin hücumçusunun axtarışını davam etdirirlər.
Qeyd edək ki, “Hatayspor”un məşqçisi Gökhan Kağıtçıoğlu və futbolçusu Burak Öksüz dağıntılar altından çıxarılaraq, xilas edilib.