23 oktyabr 2024. Çərşənbə

Bakıda idman federasiyalarının məşqçi və həkimləri üçün seminara start verilib


Bakıda idman federasiyalarının məşqçi və həkimləri üçün seminara start verilib
Bakıda idman federasiyalarının məşqçi və həkimləri üçün seminara start verilib.
Corner.Az Gənclər və İdman Nazirliyinə istinadla xəbər verir ki, belaruslu təcrübəli mütəxəssis Nikolay Kruçinskinin iştirakı ilə keçirilən seminarın mövzusunu Yay Olimpiya və Paralimpiya Oyunlarına hazırlıq dövründə tibbi təminatı əhatə edir.
Nazirliyin təşkil etdiyi seminar rasional qidalanmanın əsas prinsipləri, idmançıların qidalanmasının tədqiqi, qidalanma və idman hazırlığı, idmançıların fiziki inkişafının kompleks şəklində qiymətləndirilməsi, əzələlərin yığılması, fiziologiya və biokimya, idmanda biokimyəvi nəzarət, fiziki stres şəraitində böyrəküstü vəzilərin funksiyasının qida ilə dəstəklənməsi, antidopinq və qida dəstəyi, idmanda mikroelementlər və digər mövzuları əhatə edəcək.





Xəbər news