2022-ci ilin ən yaxşı afrikalı futbolçusu müəyyənləşib. Corner.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) ötən ilin ən yaxşısını açıqlayıb.
Bu ada Seneqal millisinin və “Bavariya”nın hücumçusu Sadio Mane layiq görülüb. 31 yaşlı forvard ötən il zədə səbəbindən Qətərdə keçirilən dünya çempionatını buraxıb.
Afrikada ilin ən yaxşı gənc futbolçusu isə Seneqal yığmasının və “Tottenhem”in yarımmüdafiəçisi Pape Matar Sarr olub.