23 oktyabr 2024. Çərşənbə

Fərid Qayıbov Türkiyə və Suriyadakı zəlzələdə vəfat edənlərin yaxınlarına başsağlığı verib


Fərid Qayıbov Türkiyə və Suriyadakı zəlzələdə vəfat edənlərin yaxınlarına başsağlığı verib

Azərbaycanın Gənclər və idman naziri, eyni zamanda Avropa Gimnastikasının (EG) prezidenti Fərid Qayıbov Türkiyə və Suriyadakı zəlzələdə vəfat edənlərin yaxınlarına başsağlığı verib.

Corner.Az məlumatına görə, EG prezidenti bu barədə qurumun rəsmi saytındakı qeydində bildirib.

Qayıbov təbii fəlakətə məruz qalan bütün insanlara ürəyinin yandığını vurğulayıb: "İl müsbət ruhda başlasa da, Türkiyə və Suriyada baş verən son faciəli zəlzələlər bizə nə qədər həssas olduğumuzu bir daha göstərir".

Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Son məlumatlara görə, nəticədə 8 574 nəfər ölüb, 49 133  nəfər yaralanıb.

Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.

Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.







Xəbər news