1 fevral 2026. Bazar günü

Real finala darmadağınla yüksəldi


Real finala darmadağınla yüksəldi

Klublararası dünya çempionatında yarımfinal mərhələsinə yekun vurulub. Corner.az xəbər verir ki, Mərakeşdə keçirilən mundialın sonuncu yarımfinal görüşü Misirin “Əl-Əhli” və İspaniyanın “Real” komandaları arasında baş tutub.

Madrid təmsilçisi bu oyunda darmadağınla qalib gələrək mundialın finalına yüksəlib. Avropa təmsilçisi həlledici oyunda Səudiyyə Ərəbistanını təmsil edən “Əl-Hilal”la qarşılaşacaq. Final matçı fevralın 11-də keçiriləcək. Həmin gün həm də Braziliyanın “Flamenqo” komandası “Əl-Əhli” ilə üçüncü yer uğrunda mübarizə aparacaq.

Klublararası Dünya Çempionatı
Yarımfinal
7 fevral

Flamenqo (Braziliya) – Əl-Hilal (Səudiyyə Ərəbistanı) 2:3
Qol: Pedro, 20; 90+1 – Əl-Dosari, 4; 45+9-pen. Vietto, 70.

8 fevral

Əl-Əhli (Misir) – Real (İspaniya) 1:4
Qol: Əl-Maalul, 65-pen – Vinisius Junior, 42. Valverde, 46. Rodriqo, 90+2. Arribas, 90+8.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO