1 fevral 2026. Bazar günü

Real'dan yeni rekordlar


Real'dan yeni rekordlar
Klublararası Dünya Çempionatının yarımfinalında Misir klubu “Əl-Əhli”yə 4:1 hesabı ilə qalib gələn “Real” finala vəsiqəni təmin edib. Corner.az xəbər verir ki, qarşılaşma bir sıra maraqlı statistik məqamlarla yadda qalıb:
 
- “Real” turnirin finalına ən çox yüksələn klub rekorduna imza atıb. Madridlilər 5-ci dəfə buna nail olub. “Kral klubu”nun izləyicisi 4 finalla əzəli rəqibi “Barselona”dı.

- “Real” və “Əl-Əhli” 5 dəfə yarımfinalda iştirak etməklə rekordu bölüşdürür.

- 90+8-ci dəqiqədə meydana daxil olan Serxio Arribas cəmi 28 saniyə sonra fərqlənib. “Real”ın futbolçusu Klublararası Dünya Çempionatı tarixində əvəzedicidən oyuna qoşularaq ən erkən qol vuran oyunçu ünvanına sahib olub. Ona qədər rekord “Real”ın sabiq hücumçusu Qaret Beylə məxsus olub. Uelsli 2017-ci ildə “Əl-Cəzirə” ilə qarşılaşmada mübarizəyə atıldıqdan 47 saniyə sonra qola sevinci yaşamışdı.

- “Real”ın yarımmüdafiəçisi Luka Modriç yarış tarixində penaltini qola çevirə bilməyən 9-cu oyunçu olub. “Kral klubu” isə iki penalti qaçıran ilk klubdur. İlk dəfə 2000-ci ildə Nikolya Anelka “Korintians”la görüşdə qapıçı ilə üzbəüz dueldən məğlub ayrımışdı.






Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO