21 mart 2026. Şənbə

Messinin qardaşı Barselona'dan üzr istədi


Messinin qardaşı Barselona'dan üzr istədi
PSJ-nin hücumçusu Lionel Messinin qardaşı Matias Messi sosial şəbəkə hesabında paylaşım edib. Corner.az xəbər verir ki, o, “Barselona” haqda səsləndirdiyi “Biz “Barselona”ya qayıtmaq fikrində deyilik. Qayıtsaq, yaxşı təmizlik işləri görəcəyik. Biz Xuan Laportanı qovacağıq” fikirlərini bildirdiyi üçün üzr istəyib və bunun zarafat olduğunu bildirib:
 
“Sosial media hesabımda dediyim sözlərə görə üzr istəyirəm. Sadəcə oğlum və dostlarımla zarafat edirdim. Həm qardaşım Leoya, həm də ailəmə çox müsbət təsir edən və böyük tarixə malik olan “Barselona” klubu haqda belə düşünməyimi necə qəbul edə bilərsiniz? Kataloniya bizim ikinci vətənimizdir. Hamıdan, xüsusilə də, “Barselona” azarkeşlərindən çox üzr istəyirəm”.
 
Xatırladaq ki, Matias qalmaqallı açıqlaması zamanı La Liqa təmsilçisinin yalnız Lionel Messi vasitəsilə məşhurlaşdığınıhətta “Barselona”nın muzeyini “Leonun muzeyi” adlandırılması lazım olduğunu demişdi.
 
Lionel Messi 2005-2021-ci illərdə Kataloniya təmsilçisinin formasını geyinib. 35 yaşlı argentinalı forvard “Barselona”nın heyətində 778 oyuna çıxıb, 672 qol vurub və 303 məhsuldar ötürmə edib.
 
Hazırda Messi PSJ-də çıxış edir. Cari mövsümdə 25 oyuna çıxan oyunçu 15 qol vurub və 14 məhsuldar ötürmə ilə yadda qalıb.






Xəbər news