21 mart 2026. Şənbə

The Best: Ən yaxşı baş məşqçi adına namizədlər bilindi


The Best: Ən yaxşı baş məşqçi adına namizədlər bilindi

FIFA 2022-ci ilin ən yaxşı qadın baş məşqçisi nominasiyası üzrə mükafatın finalçılarını açıqlayıb.

Corner.az qurumun rəsmi saytına istinadən məlumatına görə, yekun siyahıda 3 mütəxəssis yer alıb.

Finalçılar bunlardır: Sonya Bompastor (Fransa / "Lion"), Pia Sundxage (İsveç / Braziliya millisi), Sarina Viqman (Niderland / İngiltərə millisi).

Qeyd edək ki, "The Best" mükafatı fevralın 27-də təqdim ediləcək.







Xəbər news