6 dekabr 2025. Şənbə

Ronaldodan 61-ci het-trik


Ronaldodan 61-ci het-trik
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının 16-cı turunda “Əl-Vəhdə” ilə oyunda 4 qol vuraraq, pokerə imza atıb. Corner.az xəbər verir ki, portuqaliyalı superulduz bununla het-trik sayını 61-ə çatdırıb.
 
38 yaşlı forvard bunun 51-ni klub, 10-nu isə millidə vurub. Ronaldonun ən yaxın izləyicisi isə əzəli rəqibi Lionel Messidi. PSJ-nin argentinalı hücumçusu ümumilikdə 56 het-triklə yadda qalıb.
 
Ronaldo eyni zamanda milli çempionatlarda vurduğu qol sayını 503-ə çatdırıb. Qarşılaşmadakı ilk qol onun 500-cü liqa qolu olub.
 
Qeyd edək ki, görüş “Əl-Nəsr”in 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
 






Xəbər news