“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun karyerası ərzində poket etdiyi oyunların sayı açıqlanıb. Corner.az xəbər verir ki, 38 yaşlı forvard sözgügedən komandanın heyətində Səudiyyə Ərəbistanı çempionatında dünən “Əl-Vahda” ilə görüşdə 11-ci dəfə bunu nail olub.
Ulduz oyunçu bunun ikisində rəqib qapılarından 4 yox, 5 top keçirməyi bacarıb. Bunlar La Liqa çərçivəsində “Qranada” və “Espanyol”la matçlara təsadüf edib.
Ronaldonun pokerə imza atdığı oyunlar:
1. “Real” – “Rasinq” (23.10.2010) - 6:1
2. “Real” – “Sevilya” (07.05.2011) – 6:2
3. “Real” – “Elçe” (23.09.2014) – 5:1
4. “Real” – “Qranada” (05.05.2015) – 9:1
5. “Real” – “Espanyol” (12.09.2015) – 6:0
6. “Real” – “Malmö” (08.12.2015) – 8:0
7. “Real” – “Selta” (05.03.2016) – 7:1
8. Portuqaliya – Andorra (07.10.2016) – 6:0
9. “Real” – “Xirona” (18.03.2018) – 6:3
10. Portuqaliya – Litva (10.09.2019) – 5:1
11. “Əl-Nəsr” – “Əl-Vahda” (09.02.2023) – 4:0
Qeyd edək ki, Kriştiano Ronaldo milli çempionatlarda ümumi qol sayını 503-ə çatdırıb. Bu, XXI əsrin ən uğurlu göstəricisidi.