23 oktyabr 2024. Çərşənbə

Emreli Dinamo'nun qələbəsini kənardan izlədi


Emreli Dinamo'nun qələbəsini kənardan izlədi
Futbol üzrə Xorvatiya çempionatında 21-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “İstra” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyunda minimal hesablı qələbə qazanıb - 1:0.
 
Emreli bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
 
“Dinamo” bu nəticədən sonra 49 xalla zirvədə qərarlaşıb.






Xəbər news