"Turan Tovuz”un “Huner Group”la sponsorluq müqaviləsi imzalanması mərasimindən sonra mətbuat konfransı keçirilib. Corner.az xəbər verir ki, əməkdaşlığın reallaşmasında vasitəçilik edən Futbolun İnkişafı Fondunun icraçı direktoru Tural Piriyev jurnalistlərin suallarını cavablandırıb:
- İlk sponsorluq müqaviləsi niyə məhz Tovuzda reallaşdı?
- Yaydan bəri danışıqlar var. Danışıqlar Bakıda gedirdi. Fondumuzun aktiv dövründə iki klub elitaya yüksəldi. Hər ikisinin böyük tarixi var, futbol bölgələridir. Buna görə də Tovuz və Gəncə prioritet oldu. “Kəpəz”lə bağlı da işlərimiz eyni şəkildə davam edir. Sponsorluq müqaviləsi imzalanması üçün 8-9 ay qısadır. Ümid edirik ki, bu əməkdaşlıq o bölgədən olan sahibkarlara da müsbət təsir edəcək.
- Tədbirdə AFFA-dan heç kim yoxdur...
- FİF-in təsisçisi AFFA-dır. Xüsusi səbəb yoxdur. Hər biri məşğul insanlardır. Xəbərləri var. Qrafiklə regionlara səfərləri olur. Xüsusi dəvət olmayıb.
- “Turan 100k” layihəsinin aqibəti necə olacaq?
- Bu layihə davam edir. İlk planımız mövsümün sonuna qədər davam edtdirməkdir. Həmin zaman müzakirə olunacaq. Hazırda 15 faizə yaxın vəsait toplanıb. İanə portalı kimi açmışıq. Bölgə camaatının aktiv iştirak etməsini istəyirik. Alternativ planlarımız var.