- Xəbər news
- 22:34 14.11.2024
Gecə klublarının birində müğənni Berkayla məlum qalmaqalından sonra 12 ilədək həbsi tələb olunan "Başakşəhər"in yarımmüdafiəçisi Arda Turanın həyat yoldaşı Aslıhan Turan ata evinə qayıdıb.
Corner.az-ın məlumatına görə, Berkayın xanımı Özləm Ada Şahinə sataşdığı bildirilən futbolçu qayınatası ilə də üz-üzə gəlib. Belə ki, Sabri Doğan hamilə qızının Turanla eyni evdə qalmasını istəməyib. O, “Qızımı hamilə halda evdə qoyub əyləncələrə gedirsən. Körpəsi dünyaya gələnədək bizim evdə qalacaq” deyərək Aslıhanı evinə aparıb.
Qeyd edək ki, Arda ilə Berkayın ilk məhkəməsi gələn il yanvarın 30-da olacaq.(qol.az)