- Xəbər news
- 22:34 14.11.2024
Mərakeşdə keçirilən klublararası dünya çempionatına yekun vurulub. Corner.az xəbər verir ki, finalda İspaniyanın “Real” və Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandaları qarşılaşıblar.
Məhsuldar alınan matçda Avropa nəhəngi inamlı qələbə qazanıb. Beləcə, “Real” tarixində beşinci dəfə mundialın qalibi olub. Madrid klubu daha öncə 2014, 2016, 2017 və 2018-ci illərdə də DÇ-nin qalibi olmuşdu.
Finaldan öncə isə üçüncü yer uğrunda görüş keçirilib. Braziliyanın “Flamenqo” komandası Misirin “Əl-Əhli” kollektivini məğlub edərək dünya üçüncüsü olub.
Klublararası dünya çempionatı
11 fevral
Üçüncü yer uğrunda oyun
Əl-Əhli (Misir) - Flamenqo (Braziliya) 2:4
Qol: Abdelkader, 38; 60 – Barboza, 11-pen; 85-pen. Pedro, 77; 90+1.
Final
Real (İspaniya) - Əl-Hilal (Səudiyyə Ərəbistanı) 5:3
Qol: Vinisius Junior, 13; 69. Valverde, 18; 58. Benzema, 54 – Mareqa, 26. Vietto, 63; 79.