Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb. Corner.az İFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, 301 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən yalnız "Qarabağ" yer alıb.
143 xala malik Ağdam klubu ötən ayla müqayisədə 9 pillə irəliləyərək 69-cu sırada qərarlaşıb. Azərbaycan çempionunun Avropa Konfrans Liqasının pley-off mərhələsində rəqibi olan Belçikanın "Gent" klubu isə 117 xalla 109-cudur.
İlk "3-lük"də müvafiq olaraq "Flamenqo" (Braziliya – 299 xal), "Palmeyras" (Braziliya - 284) və "Liverpul" (İngiltərə - 265) klubları qərarlaşıb.