İspaniya “Real”ı Avropanın “Top-5” liqalarında çıxış edən və 100 titul qazanan ilk klub kimi tarixə düşüb. Corner.az xəbər verir ki, İspaniya təmsilçisi bu uğura klublararası dünya çempionatının finalında Səudiyyə Ərəbistanının “Əl Hilal” komandasına 5:3 hesabı ilə qalib gəlməklə nail olub.
“Real”ın ən yaxın izləyicisi 98 titulla əzəli rəqibi olan “Barselona”dır. Sonrakı pillələrdə "Bayern" (Almaniya, 82), “Yuventus” (İtaliya, 70), "Liverpul" (68), "Mançester Yunayted" (66) (hər ikisi İngiltərə), "Milan" (İtaliya, 49), "Arsenal" (İngiltərə, 48), PSJ (Fransa, 45) və "İnter" (İtaliya, 43) qərarlaşıb.
“Real”ın yarımmüdafiəçisi Toni Kroos da tarixi rekorda imza atıb. Almaniyadan olan 33 yaşlı yarımmüdafiəçi də buna yeni dünya çempionluğu sayəsində nail olub. O, futbol tarixində yeddi dəfə dünya çempionu (6 klub, 1 milli) olan yeganə oyunçuya çevrilib.
Kroos “Real”la 5, “Bayern”lə 1 dəfə klublararası dünya çempionatında qızıl medal qazanıb. Təcrübəli futbolçu 2014-cü ildə Almaniya yığması ilə mundialın qalibi olub.