- Xəbər news
- 22:34 14.11.2024
“Oddspedia” statistika şirkəti dünyanın ən dəyərli 10 gənc futbolçusunu açıqlayıb.
Corner.az xəbər verir ki, 20 yaşadək oyunçuların yer aldığı siyahıya Almaniyanın “Borussiya” (Dortmund) klubunun yarımmüdafiəçisi Cud Bellingem başçılıq edir.
İngiltərə millisinin üzvünün transfer qiyməti 110 milyon avroya bərabər göstərilib. İkinci yerdəki futbolçu da Almaniyada çıxış edir. Bu, “Bavariya”nın yarımmüdafiəçisi Camal Musialadır. İspaniya yığmasının və “Barselona”nın yarımmüdafiəçisi Pedri ilk “üçlüy”ü qapayır.
1. Cud Bellingem (İngiltərə / “Borussiya”, Dortmund) – 110 milyon avro
2. Camal Musiala (Almaniya / “Bavariya”) – 100 milyon
3. Qavi (İspaniya / “Barselona”) – 90 milyon
4. Florian Virts (Almaniya, “Bayer”) – 70 milyon
5. Harvi Elliott (İngiltərə / “Liverpul”) – 35 milyon
6. Yussufa Mukoko (Almaniya / “Borussiya”, Dortmund) – 30 milyon
7. Romeo Lavia (Belçika / “Sauthempton”) – 25 milyon
8-10. Endrik Felipe (Braziliya / “Palmeyras”) – 20 milyon
Matis Tel (Fransa / “Bavariya”) – 20 milyon
Benjamin Şeşko (Sloveniya / “Zalsburq”) – 20 milyon