“Real”ın hücumçusu Kərim Benzema futbol tarixinin ən yaxşı hücumçusunu açıqlayıb. Corner.az xəbər verir ki, fransalı forvard ən yaxşı qolçu həmyerlisi Tyerri Anrinin olduğunu bildirib.
35 yaşlı futbolçu Anrini keçmiş komanda yoldaşı Kriştiano Ronaldodan da üstün olduğunu vurğulayıb:
“Mənim üçün tarixin ən yaxşısı Tyerri Anridi. O, əsl əfsanədi. Ronaldo ilə oynayaraq böyüsəm də, hesab edirəm ki, Anri ən yaxşısıdı”.
Qeyd edək ki, Tyerri Anti karyerasının böyük hissəsini “Arsenal”da keçirib və 2 dəfə İngiltərə çempionu olub. Sabiq hücumçu Fransa millisinin heyətində DÇ-1998-in və AVRO-2020-nin qalibi olub.