“Goal.com” nəşri “Qızıl top” mükafatına namizədlərin siyahısını yeniləyib. Corner.az xəbər verir ki, “France Football”ın təsis etdiyi fərdi titula PSJ-nin hücumçusu Lionel Messi əsas iddiaçı sayılır.
Komanda yoldaşı Kilian Mbappe ikinci pillədə qərarlaşıb. İlk “üçlüy”ü “Mançester Siti”nin qolçusu Erlinq Haland qapayıb.
İlk “20-lik”:
1. Lionel Messi (PSJ)
2. Kilian Mbappe (PSJ)
3. Erlinq Haland (“Mançester Siti”)
4. Robert Levandovski (“Barselona”)
5. Neymar (PSJ)
6. Markus Reşford (“Mançester Yunayted”)
7. Vinisyus Junior (“Real Madrid”)
8. Xviça Kvaratsxeliya (“Napoli”)
9. Viktor Osimxen (“Napoli”)
10. Camal Musiala (“Bavariya”)
11. Kasemiro (“Mançester Yunayted”)
12. Bukayo Saka (“Arsenal”)
13. Cud Bellingem (“Borussiya”, Dortmund)
14. Martin Odeqard (“Arsenal”)
15. Kevin de Bruyne (“Mançester Siti”)
16. Entso Fernandes (“Çelsi”)
17. Julian Alvares (“Mançester Siti”)
18. Harri Keyn (“Tottenhem”)
19. Əşrəf Hakimi (PSJ)
20. Məhəmməd Salah (“Liverpul”)