23 oktyabr 2024. Çərşənbə

Metropolitenin iş rejimində dəyişiklik edildi – Qarabağ'a görə


Metropolitenin iş rejimində dəyişiklik edildi – Qarabağ'a görə
“Qarabağ”ın Avropa Konfrans Liqasının pley-off mərhələsində Belçika klubu “Gent”lə keçirəcəyi oyuna görə, fevralın 16-dan 17-nə keçən gecə metronun “Gənclik”, “Nərimanov” və “28 May” stansiyaları saat 01:00-a qədər fəaliyyət göstərəcək.
 
Corner.az xəbər verir ki, bu barədə “Qarabağ”ın mətbuat xidməti məlumat yayıb.
 
Matçın gec başa çatacağı nəzərə alınaraq, “Bakı Metropoliteni” QSC-yə müraciət ünvanlanıb. Bu müraciətə müsbət cavab verilib.
 
Fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Gent” oyunu saat 21:45-də start götürəcək.






Xəbər news