23 oktyabr 2024. Çərşənbə

Şamaxı'nın Bakıya “köçməsinin” səbəbi bilindi


Şamaxı'nın Bakıya “köçməsinin” səbəbi bilindi
Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən “Şamaxı” son günlərdə Bakıda məskunlaşması və məşqlərini paytaxt davam etdirməsi ilə bağlı suallara aydınlıq gətirib. Corner.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin yaydığı bəyanatda bildirilib.
 
Klub son bir neçə həftədə Şamaxıda davam edən kəskin soyuq və qarlı hava şəraiti ilə əlaqədar əsas komandanın hazırlığını paytaxtda davam etdirdiyini xatırladıb: "Bu da Şamaxıdakı bazamızda həkim nəzarəti ilə həyata keçirilən qidalanma və tibbi prosedurların, həmçinin əhatəli və kompleks məşq proqramının tam icra olunmasına mane olur. Buna baxmayaraq, məşqçilər və inzibati heyətimiz mövsümün əvvəlində qarşıya qoyulan plan üzrə işlərini davam etdirir. Yaxın günlərdə komandamız hər bir şəraiti olan bazamıza qayıdaraq əvvəlki qaydada hazırlığına davam edəcək".
 
"Həm rəhbərlik, həm də məşqçilər heyəti tək məqsəd üçün çalışır, komanda daxilində gözəl ailə ab-havası və yüksək əhval-ruhiyyə var. Bu əzmlə davam edən çalışmaların ardından nəticələrin daha da yaxşı olacağına əminik", - deyə paylaşımda vurğulanıb.
 
Xatırladaq ki, "Şamaxı" fevralın 17-də Gəncədə "Kəpəz"lə qarşılaşacaq.






Xəbər news