1 fevral 2026. Bazar günü

Messi kimi 34-35 yaşda dünya çempionu olmaq istərdim


Messi kimi 34-35 yaşda dünya çempionu olmaq istərdim
Fransanın PSJ klubunun hücumçusu Neymar komanda yoldaşı Lionel Messinin 2022-ci ildə Argentina yığması ilə qazandığı dünya çempionluğu ilə bağlı danışıb. Corner.az xəbər verir ki, braziliyalı futbolçu, 36 yaşlı ulduzun çıxışından ruhlandığını etiraf edib:
 
“Leo həmişə ruhlandırır, bu, onun dünya çempionluğunu qazanmasından öncə də belə idi. “Barselona”da birgə oynadığımız dönəmdə də həmişə mənə çox dəstək olurdu. Onun 34-35 yaşında necə qalib gəldiyini görüb mən də bunu öz yaşımda qazanmaq istəmişəm. İndi bu, çətin görünür, amma ümid edirəm ki, hər şey düzələcək. Biz ildən-ilə irəliləyəcəyik və işlərin necə olacağını görəcəyik. Açığı, mənim arzum çox böyükdü - dünya çempionu olmaq! Sonuncu mundialda Xorvatiyadan aldığımız məğlubiyyət çox ağır oldu. Amma bu, futboldur, gözəl və sehrli oyundur. Təəssüf ki, bizim üçün əksi oldu, amma hər şey bizim xeyrimizə də dəyişə bilərdi”.






Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO