İngiltərə millisinin sabiq futbolçusu Co Koul PSJ-nin hücumçusu Lionel Messini bütün zamanların ən yaxşı oyunçu hesab edir. Corner.az xəbər verir ki, 41 yaşlı veteran futbolçu argentinalı ulduzun yalnız Pele ilə müqayisə oluna biləcəyini, Kriştiano Ronaldo və Dieqo Maradonanın isə Lioneldən geri qaldığını bildirib:
“Tarixin ən yaxşı oyunçusunun kim olduğu həmişə mübahisələrə açıq olacaq. Amma Messi hər şeyi qazandığı üçün indiki nəsillə bağlı bütün mübahisələrə son qoydu. Əvvəllər dünya çempionatlarında çətinlik çəkirdi və bu, suallar yaradırdı. Artıq o, bunun da öhdəsindən gəldi. Messi kimi futbolçu görməmişəm. Mən onu bütün zamanların ən böyük oyunçusu hesab edirəm. Leo ilə ancaq Pele müqayisə edə bilər. Messi Ronaldo və Maradonanı geridə qoydu”.