27 mart 2026. Cümə

Fikrət Orman Azərbaycan futboluna söz atdı


Fikrət Orman Azərbaycan futboluna söz atdı

"Beşiktaş"ın prezidenti Fikrət Orman Azərbaycan futboluna söz atıb.

Corner.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, yeni baş məşqçi Abdullah Avcının təqdimetmə mərasimi zamanı bildirib ki,  futbolunun səviyyəsini qaldırmayacaqları təqdirdə, Çempionlar Liqasında Azərbaycan, Moldova, Andorra  kimi ölkələrin klubları ilə qarşılaşmalı olacaqlar:

"Prezident olduğum gündən bəri həm "Beşiktaş"ın, həm də türk futbolunun səviyyəsini qaldırmaq üçün çalışdım. Prezidentlərin, nümayəndələrin yeganə vəzifəsi yalnız öz klublarının uğur qazanması deyil. Türk futbolunu yüksəltmək hamımızın borcudur. 2004-cü ildən etibarən Çempionlar Liqası 1, Çempionlar Liqası 2 və Çempionlar Liqası 3 kimi turnirlərin təşkili gündəmdədir. Görünür, Superliqanın səviyyəsini yüksəltməyəcəyimiz təqdirdə, ÇL-də Azərbaycan, Moldova, Andorra kimi ölkələrin komandaları ilə oynayacağıq. Bu, təkcə "Beşiktaş"ın dəyişdirə biləcəyi məsələ deyil".







Xəbər news