AFFA-nın növbəti Konfransının vaxtı müəyyənləşib. yığıncaq martın 7-də baş tutacaq. Corner.az xəbər verir ki, Konfransın ardından “Fairmont” hoteldə İcraiyyə Komitəsinin iclası baş tutacaq. Saat 10:00-da başlayacaq Konfransın gündəliyinə bir sıra məsələlər daxil olunub. İclas əsasən illik hesabata həsr olunacaq:
- Prezident tərəfindən iclasın açıq elan edilməsi;
- Konfransın tərkibinin yoxlanılması;
- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təsdiq olunması;
- Maliyyə hesabatlarının təsdiq olunması;
- Müstəqil auditorun hesabatını nəzərə almaq;
- Hər hansı vakant vəzifəyə seçkilər;
- AFFA üzvlərinin təkliflərinin qəbul olunması;
- Digər məsələlər.