Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) XXI əsrdə ən çox qol vuran müdafiəçilərin adlarını açıqlayıb. Corner.az xəbər verir ki, PSJ-nin futbolçusu Serxio Ramos siyahıya liderlik edir.
İspaniyalı oyunçu karyerası ərzində aktivinə 130 qol yazdırıb. Yalnız Ramos və yaponiyalı Markus Tulio Tanaka 100 qol həddini keçə bilib. Ümumilikdə dünyada 50-dən çox qol vuran 62 müdafiəçi var.
XXI əsrin ən məhsuldar 10 müdafiəçisi:
1. Serxio Ramos (İspaniya) – 130 qol
2. Markus Tulio Tanaka (Yaponiya) – 104
3. Abderrahman Haçud (Əlcəzair) – 93
4. Keylor Soto (Kosta-Rika) – 93
5. Ali Malul (Tunis) - 86
6. Bualem Xuki (Qətər) - 85
7. Markus Yurgenson (Estoniya) - 85
8. Dario Srna (Xorvatiya) - 79
9. Ceyms Tavernier (İngiltərə) - 79
10. Mohamed Rabie Mefta (Əlcəzair) - 78