23 oktyabr 2024. Çərşənbə

Qərbi Azərbaycan İcmasında Çəmbərək rayon icmasının nümayəndələri ilə görüş keçirilib


Qərbi Azərbaycan İcmasında Çəmbərək rayon icmasının nümayəndələri ilə görüş keçirilib
Fevralın 19-da Qərbi Azərbaycan İcmasında Çəmbərək rayon icmasının nümayəndələri ilə görüş keçirilib.

Corner.Az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli məlumat verib.

İclası giriş sözü ilə Qərbi Azərbaycan İcmasın sədri, millət vəkili Əziz Ələkbərli açaraq tədbir iştirakçılarını salamlamış, onlara Qərbi Azərbaycan İcmasının strukturu, bu strukturda rayon və kənd icmalarının yeri və rolu haqqında geniş məlumat verib. Əziz Ələkbərli daha sonra Qərbi Azərbaycanın Çəmbərək rayon icmasının indiyə qədər gördüyü işlərə toxunaraq bundan sonra icmanın görəcəyi işlərdən bəhs edib.

Tədbirdə Çəmbərək rayon icmasının nümayəndələri çıxış edərək öz təkliflərini bildirmiş, bundan sonra da icmanın üzərinə düşən işlərin həyata keçirilməsi üçün əllərindən gələni edəcəklərini bildiriblər.

Tədbirdə Qərbi Azərbaycan İcmasının Qəyyumlar Şurasının sədri Mürvət Həsənli, İcmanın şöbə müdirləri Qalib Qasımov, Miraslan Bəkirli, İcmanın Çəmbərək rayonu üzrə koordinatoru İman Məmmədov iştirak ediblər.








Xəbər news