24 noyabr 2024. Bazar günü

Neftçi'nin baş məşqçisinə acıq: Mənim padşahım çox güclüdür!


Neftçi'nin baş məşqçisinə acıq: Mənim padşahım çox güclüdür!
“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfdan boşanma mərhələsi hələ yekunlaşmayan Anamaria Prodanın şəxsi işləri yaxşılığa doğru irəliləməyə başlayıb. Corner.az xəbər verir ki, FIFA agenti sosial şəbəkədə yeni sevgilisinin şəklini paylaşsa da, onun kimliyini gizlədib.
 
Sevgililər Günündə qızılgül buketi hədiyyə olunan 51 yaşlı Prodan instaqram səhifəsində həmiş şəkili paylaşaraq, “Mən səni sevirəm!” yazıb.

Rumıniya mətbuatının da iddiasına görə Prodan sevgilisi ərəb deyil, Avropa ölkələrindən birində yaşayan iş adamıdı: “50 yaşdan sonra sevilməyə, kraliça kimi davranılmağa, hörmət edilməyə layiqəm. Mənim kralım o qədər böyük, güclü, qürurlu, ağıllı, nüfuzlu, zəngin, möcüzəli, heyrətamizdir ki, onu görəndə əvvəlki dönəmin əziyyətini çəkmək istəməzdim. Sizə əldə etdiyim xoşbəxtliyin və əmin-amanlığın ən azı bir hissəsini arzulayıram”.
 
Xanım menecer şəxsi həyatı ilə bağlı mətbuata informasiya verməyəcəyinə bildirib: “Şəxsi həyatım haqqında bundan sonra getdikcə daha az məlumat görəcəksiniz. 50 il qəzetlərin manşetində oldum. Bu, mənə və övladlarıma pis təsir etdi. Yaşayacağıma ümid etdiyim qalan 50 ili başqa cür keçirəcəyəm. Doğuşdan kürəyimdə daşımadığım, dəyər vermədiyim güclü insanın yanında xoşbəxtəm. Mənim padşahım çox güclüdür!”
 
Qeyd edək ki, Laurentsiu Regekampfla Anamaria Prodanın boşanmaq üçün məhkəmə prosesi davam edir.








Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir