23 oktyabr 2024. Çərşənbə

Pike ilə sevgilisi restorandan qovuldu


Pike ilə sevgilisi restorandan qovuldu
"Barselona"nın keçmiş futbolçusu Jerar Pike və yeni sevgilisi Klara Çia yenidən diqqət mərkəzinə düşüb. Corner.az xəbər verir ki, bu dəfə onları gündəmə gətirən isə Pikenin keçmiş həyat yoldaşı Şakira olub.
 
Kolumbiyalı müğənni bu məsələdə iştirakçı olmadan bunu edib.
 
“Nuestro Diario”nun məlumatına görə, Pike və sevgilisi ötən gün Barselonadakı restoranlardan birinin xidmətindən yararlanmaq istəsə də bu baş tutmayıb. Buna səbəb Şakiranın fanatı olan məkan sahibinin onlara xidmət göstərməkdən imtina etməsi olub. Bu səbəbdən, cütlük restoranı tərk edib.






Xəbər news