24 noyabr 2024. Bazar günü

Qərbi Azərbaycan İcması Ermənistan hökumətini danışıqlara çağırdı


Qərbi Azərbaycan İcması Ermənistan hökumətini danışıqlara çağırdı

Qərbi Azərbaycan İcması Ermənistan hökumətini öz ərazisindən qovduğu azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıda bilmələri üçün müvafiq beynəlxalq proses çərçivəsində İcma ilə dərhal danışıqlara başlamağa çağırıb.

Corner.Az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının Bəyanatında deyilir.

Bəyanatda bildirilir:

"Ermənistanın Baş naziri Nikol Paşinyan 20 fevral 1988-ci ildə Azərbaycanın Xankəndi şəhərində nümayişlərin başlamasının 35-ci ildönümü ilə bağlı bəyanat verərək, həmin aksiyanın guya kortəbii şəkildə başladığını iddia etmiş və onu insan hüquqlarına aid məsələ kimi təqdim etməyə cəhd etmişdir.

Əslində həmin nümayişlər xeyli əvvəlcədən hazırlanmış olmaqla, Azərbaycana qarşı ərazi iddiasına və azərbaycanlılara qarşı irqi ayrı-seçkiliyə xidmət edən sistemli bir qəsdin tərkib hissəsi idi.

Ermənistan tərəfi bu nümayişlərdən xeyli əvvəl Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etmiş və Ermənistan SSR-də yaşayan azərbaycanlılara qarşı zorakılıq yolu ilə total etnik təmizləməyə başlamışdı. Ermənistan tərəfinin başlatdığı bu proseslər insan hüquqlarına və beynəlxalq hüquqa zidd olmaqla mono-etnik məkanın yaradılmasına və ərazi ekspansiyasına xidmət edir. Məhz bu irqçi və aqressiv yanaşma ilə Ermənistan öz ərazisindən azərbaycanlıları qovmuş, Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərini işğal etmiş və oradan da bütün azərbaycanlıları qovmuşdur.

Azərbaycan Respublikasının Ermənistanın hərbi hücumu və işğalına qarşı 2020-ci ildə apardığı özünümüdafiə əməliyyatının qələbə ilə başa çatması ədalətin bərpa olunması istiqamətində mühüm addım olmaqla iki ölkə arasında sülh imkanlarını artırıb. Ermənistan rəhbərliyinin yaranmış bu unikal imkandan istifadə edərək, sülh üçün konkret addımlar atmaq, ələlxüsus, indiki Ermənistan ərazisindən qovduğu azərbaycanlıların sülh yolu ilə, ləyaqətli və təhlükəsiz şəkildə geriyə qayıtmasına imkan yaratmaq əvəzinə ərazi iddiasını və etnik təmizləməni təcəssüm edən bədnam bir hadisənin ildönümü münasibəti ilə bəyanat verməsi təəssüf doğurur.

Azərbaycanlıların qayıdıb öz evlərində yaşamasına imkan verməyən Ermənistan hökumətinin, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni etnik mənsubiyyəti olan Azərbaycan vətəndaşlarının hüquqları məsələsi ilə spekulyasiya etməsi riyakarlıqdır.

İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların hələ də öz evlərinə qayıda bilməməsi, bu ölkədə mono-etnik dövlətçilik, etnik təmizləmə və sistematik irqi ayrı-seçkilik vəziyyətinin davam etməsi böyük ədalətsizlikdir və bu, davamlı sülhün bərqərar olunmasına böyük əngəl törədir".







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir