Argentinalı model Vanda Nara “Qalatasaray”ın hücumçusu Mauro İkardi ilə hələ də evli olduğunu açıqlayıb.
Corner.az xəbər verir ki, çərşənbə axşamı Argentinada yayımlanacaq verilişdə qonaqlardan biri olan 36 yaşlı modelin treylerə İkardi ilə bağlı sözləri də yerləşdirib:
“O, mənim həyat yoldaşım dı, biz ömür boyu bir ailə olacağıq. Biz həmişə birlikdə olmuşuq, on ilə yaxın evliliyimiz var. Bu, mənim üçün şansdır, Mauro üçün bilmirəm. Bu, ömürlükdür”.
Mətbuatın yazdığına görə, Nara İkardidən daşınmaz əmlak və lüks mallar da daxil olmaqla 90 milyon avrodan çox pul almalıdır.
Xatırladaq ki, Mauro İkardinin transfer hüquqları PSJ-yə məxsusdur. Argentinalı futbolçu "Qalatasaray"da icarə əsasında çıxış edir. Onun Paris klubu ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.