25 noyabr 2024. Bazar ertəsi

Milli çempionatlarda ən çox qol vuran futbolçular...


Milli çempionatlarda ən çox qol vuran futbolçular...
Milli çempionatlarda ən çox qol vuran futbolçular müəyyənləşib. Corner.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıya Braziliya futbolunun əfsanəsi Pele başçılıq edir.
 
“Sambaçı” klub karyerası ərzində yüksək liqalarda ümumilikdə 604 dəfə fərqlənib.
 
Siyahıya 400 və daha çox qol vuran 16 oyunçu salınıb ki, onlardan yalnız ikisi karyerasını davam etdirir. Bunlar 503 qolla 6-cı olan Kriştiano Ronaldo və 491 topla 7-ci pillədə yer alan Lionel Messidi.
 
1. Pele (Braziliya - 1957-1977) – 604 qol
2. Abe Lenstra (Niderland - 1937-1960) - 573
3. Romario (Braziliya - 1985-2007) - 544
4. Jozef Biscan (Avstria - 1931-1955) - 515
5. Ferens Puşkaş (Macarıstan, İspaniya - 1943-1966) - 515
6. Kriştiano Ronaldo (Portuqaliya - 2002-) - 503
7. Lionel Messi (Argentina - 2004-) - 491
8. Roberto Dinamite (Braziliya - 1971-1992) - 476
9. Fernando Peyroteo (Portuqaliya - 1937-1949) - 464
10. Uve Zeeler (Almaniya - 1954-1978) - 447
11. Eysebio (Portuqaliya - 1957-1978) - 422
12. İmre Şlosser  (Macarıstan - 1905-1928) - 417
13. Qyula Şengelyer (Macarıstan - 1935-1952) - 416
14. Cimmi Makqrori (Şotlandiya - 1922-1937) - 409
15. Gerd Müller (Almaniya - 1964-1981) - 405
16. Ziko (Braziliya - 1971-1994) - 400

Qeyd edək ki, Azərbaycan çempionatları tarixinin bombardiri 183 qolla Nazim Əliyevdi.






Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir