23 oktyabr 2024. Çərşənbə

Heç vaxt Real'da oynamazdım


Heç vaxt Real'da oynamazdım
“Barselona”nın yarımmüdafiəçisi Rafinya bəyəndiyi xarici komandaların adlarını açıqlayıb. Corner.az İspaniya mediasına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu Fransa və İngiltərə liqalarında oynamaq istədiyini lakin İspaniyada "Barselona"nın əzəli rəqibi "Real"da heç vaxt çıxış etmək istəmədiyini söyləyib.
 
“Mən heç vaxt “Real”da oynamazdım. İspaniyada “Barselona”nı, xaricdə isə PSJ və “Arsenal”ı bəyənirəm. Messi ilə oynamaq istərdim? Əlbəttə, onun qayıdıb bizimlə oynamasını istərdim” – deyə, braziliyalı futbolçu bildirib.
 
Rafinya 2022-ci ilin yayından “Barselona”da çıxış edir. Futbolçunun klubla müqaviləsi 2027-ci ilə qədərdir. 

O, bu mövsüm 21 oyuna çıxıb, 4 qol vurub və 4 məhsuldar ötürmə edib. Avropa Liqasında isə keçirdiyi bir oyunda fərqlənib və bir məhsuldar ötürmə ilə yadda qalıb.






Xəbər news