“Tecon Xana Sitizen”ə transfer edilən Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreya klubunun rəsmi saytına təəssüratlarını bölüşüb. Corner.az xəbər verir ki, 25 yaşlı futbolçu yeni komandasının uğurlarına töhfə vermək arzusunda olduğunu bildirib:
“Komandaya gec qoşulduğum üçün buradakı futbolçularla daha sıx ünsiyyət quracağam ki, tez uyğunlaşım. “Tecon Xana Sitizen” 8 ildən sonra yenidən K Liqa 1-ə yüksəldiyindən, bu mövsüm olduqca vacibdir. Komandamın daha yüksək hədəflərə çatması və yeni baxışlara doğru irəliləməsi üçün əlimdən gələni edəcəyəm”.
Qeyd edək ki, Anton Krivotsyuk “Tecon Xana Sitizen”ə Plotsk “Visla”sından (Polşa) keçib.