23 oktyabr 2024. Çərşənbə

Serxio Ramos millidən getdi


Serxio Ramos millidən getdi
Fransanın PSJ klubunun müdafiəçisi Serxio Ramos İspaniya milli komandasındakı karyerasını başa vurub. Corner.az xəbər verir ki, 36 yaşlı futbolçu bu barədə qərarını sosial şəbəkə hesabındakı paylaşımla açıqlayıb.
 
Xatırladaq ki, Serxio Ramos 2005-ci ildən formasını geyindiyi İspaniya yığmasında 180 matça çıxıb. O, bu oyunlarda 23 qol vurub və 8 ötürmə ilə yadda qalıb.
 
Təcrübəli futbolçu milli komanda ilə bir dəfə dünya, iki dəfə Avropa çempionu olub.






Xəbər news