23 oktyabr 2024. Çərşənbə

SOCAR Trabzonspor'un sponsoru ola bilər


SOCAR Trabzonspor'un sponsoru ola bilər
SOCAR “Trabzonspor”un sponsoru ola bilər. Corner.az xəbər verir ki, bu barədə Türkiyənin haber61.net saytı məlumat yayıb.
 
Bildirilib ki, SOCAR-ın “Trabzonspor”un stadion sponsoru olmaq ehtimalı var. Buna səbəb kimi şirkətin yeni CEO-su Elçin İbadovun “Trabzonspor” azarkeşi olması göstərilib. Klub prezidenti Ahmet Ağaoğlu tərəflər arasında danışıqların qısa müddətdə müsbət nəticələnməsini arzulayır.
 
Qeyd edək ki, “Trabzonspor” hazırda Türkiyə Super Liqasında 38 xalla 6-cı pillədə qərarlaşır.






Xəbər news