1 fevral 2026. Bazar günü

Qəhrəman Əliyev vəfat etdi


Qəhrəman Əliyev vəfat etdi
Azərbaycan futboluna ağır itki üz verib. Corner.az xəbər verir ki, tanınmış məşqçi Qəhrəman Əliyev vəfat edib. O, 63 yaşında dünyasını dəyişib.
 
Xatırladaq ki, 2020-ci ilin noyabrında koronavirusa yoluxan Qəhrəman Əliyev uzun müddət idi koma vəziyyətində idi. O, yoluxmanın nəticəsində beyin insultu keçirmişdi.
 
Qəhrəman Əliyev “Şəmkir”, “Masallı”, MOİK, “Olimpik”, “Bakı” kimi klublarda çalışıb. Mərhum mütəxəssis 2022/03 mövsümündə “Şəmkir”lə Azərbaycan çempionu olub. Əliyev 19 yaşadək futbolçulardan ibarət milli komandanın da baş məşqçisi olub.






Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO