Futbol üzrə Cənubi Koreya çempionatında yeni mövsümə start verilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun yeni komandası “Daejeon” da ilk matçına çıxıb.
Futbolçumuzun komandası doğma meydanda “Qanqvon”u qəbul edib. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə yekunlaşıb.
Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.