Futbol üzrə İsveçrə çempionatında 22-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Lutsern”in qonağı olub. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 88-ci dəqiqədə əvəzlənib.
“Qrasshopper” 22 turdan sonra 24 xalla 10 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.