“Əl-Nasr” klubunun hücumçusu Kriştiano Ronaldo FİFA-nın ilin ən yaxşı futbolçusuna həsr etdiyi sorğuda iştirak etməyib. Corner.az ali futbol qurumunun saytına istinadən xəbər verir ki, 38 yaşlı futbolçunu sorğuda müdafiəçi Pepe əvəzləyib.
“Portu”nun futbolçusu birinci yeri Kilian Mbappeyə, ikinci yeri Luka Modriçə, üçüncü yeri isə Kərim Benzemaya verib.
Xatırladaq ki, dünən gecə FIFA 2022-nin mükafatlandırma mərasimi baş tutub. Ən yaxşı oyunçu mükafatını PSJ-nin argentinalı futbolçusu Lionel Messi alıb.