6 dekabr 2025. Şənbə

The Best: Byazi və Mahmudov kimə səs verib?


The Best: Byazi və Mahmudov kimə səs verib?
Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi və kapitanı Emin Mahmudovun “The Best” mükafatına layiq bildiyi adlar müəyyənləşib. Corner.az xəbər verir ki, italiyalı mütəxəssisin ilin ən yaxşı futbolçusu üçün verdiyi səsvermə doğru proqnozlaşdırılıb.
 
Sıralama məhz onun qeyd etdiyi kimi olub. De Byazi Lionel Messini 1-ci, Kilian Mbappeni 2-ci, Kərim Benzemanı 3-cü yerə layiq bilib ki, sorğunun yekununda da sıralama məhz bu qaydada olub.
 
Emin Mahmudov isə Benzemanı ən yaxşı hesab edib. O, Mbappeni 2-ci, Messini 3-cü kimi göstərib.
 
Bundan başqa, de Byazi ilin ən yaxşı baş məşqçisi sorğusunda Karlo Ançelotti, Lionel Skaloni, Valid Reqraqi “üçlüy”ünə yer verib. Mahmudov ilk iki yeri baş məşqçisi kimi yazsa da, üçüncü pillədə Pep Qvardiolanı göstərib.
 






Xəbər news