6 dekabr 2025. Şənbə

Mustafayevli Aleksandriya'dan məhsuldar heç-heçə


Mustafayevli Aleksandriya'dan məhsuldar heç-heçə
Ukrayna Premyer Liqasında 6-cı turdan təxirə salınmış bir oyun keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv “Metallist”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb – 3:3.
 
Mustafayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 87-ci dəqiqədə əvəzlənib. Komandasının vurduğu ilk iki qolun məhsuldar ötürməsinin də müəllifi azərbaycanlı futbolçu olub.
 
“Aleksandriya” hazırda 25 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.
 






Xəbər news