6 dekabr 2025. Şənbə

Olimpiakos - AEK oyunu Əliyar Ağayevə həvalə olundu


Olimpiakos - AEK oyunu Əliyar Ağayevə həvalə olundu
Azərbaycanlı FIFA referisi Əliyar Ağayev növbəti dəfə təyinat alıb. Corner.az xəbər verir ki, hakim yenə Yunanıstanda oyun idarə edəcək.
 
Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası Yunanıstan Futbol Federasiyası tərəfindən Yunanıstan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda iş başında olacaq. O, martın 1-dəki “Olimpiakos” – AEK qarşılaşmasında ədaləti qoruyacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Elçin Məsiyev isə VAR hakimi vəzifəsini icra edəcək.
 
Qeyd edək ki, bu komandalar arasındakı ilk oyunda AEK 3:0 hesablı qələbə qazanıb.






Xəbər news